Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ"ın yay transfer dövründə "Sportinq"dən heyətinə cəlb etdiyi Simeon Slavçevlə bağlı maraqlı məlumat yayılıb.

Unikal.org xəbər verir ki, Portuqaliya mətbuatının yaydığı məlumata görə, Ağdam klubu Bolqarıstan millisinin üzvü üçün transfer haqqı ödəməyib. 24 yaşlı futbolçunu heyətdə düşünməyən "Sportinq rəhbərliyi onun gedişinə mane olmayıb. Belədə, Slavçev "Qarabağ"a azad agent statusu ilə qoşulub. "Köhlən atlar ona yalnız imza pulu ödəyib.

Yeri gəlmişkən, Slavçev "transfermark"da 1,1 milyon avro ilə "Qarabağ"ın ən dəyərli futbolçusu kimi göstərilir.

Slavçev "Sportinq"ə 2014-cü ildə keçib və Lissabon təmsilçisinin heyətində möhkəmlənə bilməyib. O, "Bolton", "Apollon" və "Lexiya" klublarında icarədə olub.