Dəfələrlə dünya və Avropa mükafatçısı, İslam Həmrəylik Oyunlarının ikiqat qalibi Orxan Səfərov Dünya çempionatındakı uğursuzluğundan danışıb.

Orxan Səfərov (60 kq) Unikal.org-a açıqlamasında yarışda məğlub olduğuna görə utandığını dilə gətirib:

"Mən idmançıyam nə deyiblər eləmişəm. Amma doğrudan da bütün bizi dəstəkləyən və cüdosevərlərdən utanıram. Məğlubiyyətin səbəbini aydıntlatmaq bizim üzərimizə düşməz, biz idmançıyıq. Bildiyiniz kimi federasiya tərəfindən məşqlərimiz, hazırlığımız üçün nə lazımdırsa hər şey etdilər.

Biz baş məşqçinin hər dediyini yerinə yetirdik və nəticəsi də bu oldu.

Aygün İlqarqızı