Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış "Qarabağ - "Zirə oyunu keçirilib.
Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi "Azərsun Arenada baş tutan görüşdə qələbə qazanıb - 3:2.
Meydan sahiblərinin qollarına 28-ci dəqiqədə penaltidən Filip Ozobiç, 48 və 85-ci dəqiqələrdə İnnosent Emeqara imza atıb. Qonaqların heyətində isə 56 və 85-ci dəqiqələrdə Mirsahib Abbasov fərqlənib.
Bu qələbə sayəsində xalını 13-ə çatdıran "Qarabağ 1-ci pilləyə yüksəlib.
Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv "Neftçi" ilə eyni xala malik olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib.
"Zirə isə 1 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.