"Qarabağın Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də Bakıda qarşılaşacağı "Arsenalın heyətində erməni futbolçu Henrix Mxitaryanın forma geyinməsi əməlli-başlı müzakirələrə səbəb olub.
Mxitaryanın "topçularla Bakıya gəlib-gəlməyəcəyi dəqiq deyil. Amma artıq Azərbaycan mətbuatı kimi Ermənistan mediası da bu məsələyə ciddi diqqət ayırmağa başlayıb.
Unikal.org xəbər verir ki, Ermənistan millisinin keçmiş qapıçısı, hazırda yığmada qapıçılarla məşqçi kimi çalışan Roman Berezovski və yunan-roma güləşi üzrə olimpiya mükafatçısı Miqran Arutyunyan Mxitaryana məsləhət veriblər. "Sportnews.am nəşrinə açıqlamalarında onlar Henrixə Azərbaycanın paytaxtına getməyi məsləhət görüblər. Berezovski açıqlamasında belə deyib:
"Bakıdakı oyunda iştirak edib-etməmək Henrixin öz işidir. Bu qərar Mxitaryan və UEFA-lıqdır. Amma mən Bakıya getməyin Henrix üçün təhlükəsiz olacağını düşünürəm.
Arutyunyan isə 2015-ci ildə keçirilən Avropa Oyunları vaxtı Bakıda olduğunu deyib:
"Bakıya getmək şansı varsa, Henrix bundan istifadə etməlidir. Onun istədiyi şərtlər yerinə yetirilərsə, niyə də getməsin? Mən özüm Bakıda olmuşam, görüşlərdə təzyiq hiss edirsən, böyük tribunalar qarşısında, bir neçə min insanın əhatəsində olursan.