"Cenoanın futbolçusu Kşiştof Pyatek "Barselonaya transfer olacağı iddiaları haqda danışıb.
Unikal.org xəbər verir ki, 23 yaşlı forvard İtaliya mətbuatına açıqlamasında "Barselonanın onu transfer etmək istədiyinə inanmadığını deyib:
"Bəli, eşitmişəm ki, "Barselona məni transfer etmək istəyir. Ancaq buna inanmıram. Ötən il yaxşı mövsüm keçirdim və getmək lazım olduğunu hiss etmişdim. Yayda "Cenoa ya gəldim. Artıq iki aydır burdayam və komandama kömək edə bildiyim üçün xoşbəxtəm. Lakin növbəti ilin necə olacağını heç kim bilə bilməz.
Pyatek yayda Polşanın "Krakoviya klubundan "Cenoaya transfer edilib. O, İtaliya A Seriyasında 9 qolla bombardirlər siyahısında ilk pillədədir.