Azərbaycan idman tarixinə aid maraqlı fotolar yayılıb. Unikal.org xəbər verir ki, fotolar idmanın uşu və muaytay növlərinə aiddir. Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının prezidenti Azər Həsənsoyun və yetirmələrinin yer aldığı fotolar sosial şəbəkələrdə də marağa səbəb olub.
Unikal.org xəbər verir ki, dünya çempionatlarından çəkilən görüntülərdə Əməkdar məşqçi, Əməkdar İdman Xadimi A.Həsənsoy və Tomris Həsənova da var. T.Həsənova taolu üzrə Dünya Çempionudur, Prezident mükafatçısıdır.
Fotolarda uşu-sanda üzrə ilk və yeganə dünya çempionu Canpolad Budaqovun 1999-cu ildə Dünya Çempionatındakı qələbəsi də əks olunub.
Digər fotoda 2011-ci ildə Honq-konqda keçirilən klublarası dünya çempinatında qələbə qazanan Azər Həsənsoy və Tomris Həsənova yer alıb.
Başqa bir şəkil isə 2012-ci il dünya çempionatında çəkilib. Həmin şəkildən də göründüyü kimi 2 qat dünya çempionu Tomris Həsənova tay-çi növündə öz məharətini göstərir.
Daha bir foto isə 2013 İslam Həmrəylik Oyunlarında çəkilib. Həmin fotoda isə A.Həsənsoy və yetirmələri yer alıb. Bildirək ki, həmin yarışda Ruslan Pirəliyev 3-cü və Elçin Eminov 2 ci yeri tutub.
2002-ci ildə Portuqaliyada keçirilən Avropa Çempionatında Baharəddin Səlimov və Rasəf Mehdiyev qızıl medal qazanıb.