Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrit, Kərim Benzemanın milli komandaya çağırılıb-çağırılmayacağı haqda açıqlama verib.
Unikal.org xəbər verir ki, Qrit Fransa mətbuatına açıqlamasında Benzemanın bir daha milli komandaya dəvət almayacağını deyib:
"Benzemanın Fransa millisinə seçilmə şansı qalmayıb. Həm də uzun müddətdir ki, yaxşı oyun sərgiləmir. Matyu Valbuena ilə arasındakı söz-söhbətlər hələ bitməyib. Qərar çoxdan verilməli idi.
Benzema Fransa yığmasında 81 oyun keçirib, 27 qol vurub.
O, Fransa millisinin sabiq üzvü Matyu Valbuenayla yaşadığı münaqişə səbəbindən 2015-ci ildən yığmaya dəvət edilmir.