Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, rayonun Muxax kəndi ərazisində yerli sakin Famil Yəhyəyev idarə etdiyi "VAZ-21014 markalı, Rusiya dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Muxax kənd sakini Güləbatın Tapdıq qızı Gəncəliyevanı vurub.
Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Gəncəliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan "Reporta bildirilib ki, G.Gəncəliyevaya qapalı kəllə-beyin travması və bədənin çoxsayı sıyrığı xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.
Faktla bağlı araşdırma gedir.
Bundan əvvəl Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.