Rusiyanın "Spartak" (Moskva) klubunun baş məşqçisi Massimo Karrera istefaya göndərilib.

Unikal.org xəbər verir ki, 54 yaşlı mütəxəssis klub rəhbərliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq, Raul Riançoya həvalə olunub.

"Spartak oktyabrın 21-də Rusiya Premyer Liqasının 11-ci turunda Tula "Arsenalına 2:3 hesabı ilə məğlub olub. Bu, paytaxt təmsilçisinin cari çempionatda ardıcıl 3-cü ev məğlubiyyəti olub.

"Spartak cari çempionatda Rusiya Premyer Liqasında 11 turdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb.

Massimo Karrera 2016-cı ilin avqustunda "Spartakın "sükanı arxasına gətirilib. Komanda onun rəhbərliyi altında 16 illik fasilədən sonra - 2016-2017 mövsümündə Rusiya çempionu olub.