İnşaat sahəsində 220 kiloqram çəkisi olan təyyarə bombası tapıldı.

Unikal.org xəbər verir ki, Bolqarıstanın Sofiya şəhərində aparılan qazıntılar zamanı İkinci Dünya Müharibəsindən qalan 220 kiloqram çəkidə olan təyyarə bombası tapılıb. Polis bomba tapılan yerin ətrafındakı binaların sakinlərini evakuasiya edib.

Müdafiə Nazirliyi mütəxəssislərinin apardaığı araşdırmalarda, ABŞ istehsalı 220 kiloqram ağırlığındakı bombanın ağır korroziya nəticəsində partlama risqinin azaldığı bildirilib.