Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu və qoluna namizədlər açıqlanıb.
Unikal.org UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ÇL-də 3-cü turun matçlarından sonra ən yaxşı oyunçu adına Edin Dzeko ("Roma), Məhəmməd Salah ("Liverpul), David Silva ("Mançester Siti) və Aşraf Hakimi ("Borussiya Dortmund) iddia edir.
Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar Anxel Di Maria (PSJ), Marselo ("Real), Bernardo Silva ("Mançester Siti) və Lorenso İnsinyenin ("Napoli") qollarıdır.
Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.