Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Unikal.org xəbər verir ki, yarışın 6-cı günündə Azərbaycan güləşçisi Mariya Stadnik finalda yaponiyalı Yui Susakiyə 0:10 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, bu, M. Stadnikin dünya çempionatlarında qazandığı üçüncü gümüş medaldır.