Bakıda yaşayış evinə basqın olub.
Unikal.org bildirir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65.000 manat pul və 15.000 manat dəyərində qızıl əşyalar aparıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.