"Silkway" aviaşirkətinə məxsus "AN-12" yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölənlərdən daha birinin meyiti ailəsinə təhvil verilib.
Unikal.org anspress-ə məlumatına görə, ailəsinə təhvil verilən ukraynalı heyət üzvü Zadnipryanets Ruslan Vladimiroviçdir.
Onun cənazəsini atası ilə qardaşı Pataloji Anatomiya Bürosundan təhvil götürərək Ukraynaya aparıblar. Əslində Ruslanın meyiti bu gün öz vətəninə yola salınmalı idi. Lakin sənədləşmə işləri yekunlaşdığına görə ailə üzvləri onu ötən günkü aviareyslə aparmaq istəyiblər.
Təyyarə qəzası ilə bağlı rəsmi açıqlama: 7 ölü
Bu barədə Pataloji Anatomiya Bürosunun direktoru məlumat verərək bildirib ki, hüquq-mühafizə orqanları da icazə verdiyinə görə ukraynalı heyət üzvünün cənazəsi ailə üzvlərinin istəyinə uyğun olaraq elə ötən gün günorta saatlarında təhvil verilib.
Qəzaya uğrayan Azərbaycan təyyarəsinin 53 yaşı var
Biri ukraynalı, üçü azərbaycanlı olmaqla artıq 4 meyit ailə üzvləri tərəfindən tanınaraq təhvil götürülüb. Bu günədək meyitləri tanınaraq təhvil verilənlər bort mühəndisi Nadir Rzayev H. Z. Tağıyev qəsəbəsində dəfn olunub. Digər üzvlərdən Azər Zülfiyevin və Firdovsi Şahverdiyevin cənazələri yaşadıqları şəhərlərə - Gəncəyə və Xızıya aparılaraq dəfn olunub.
Hazırda Pataloji Anatomiya Birliyində üç meyit qalıb ki, onların da biri özbək, ikisi azərbaycanlı heyət üzvləridir. Onların da ekpertizasının uzun müddət aparılacağı deyilir.
Əfqanıstanda Azərbaycana məxsus təyyarə mayın 19-da qəzaya uğrayıb. "AN-12" tipli təyyarədə yalnız ekipaj üzvləri olub. Ümumi sayı 9 olan ekipaj üzvlərindən 7-si həlak olub, ikisi isə sağ qalıb.
Həlak olanlardan Azərbaycan vətəndaşı, iki nəfərin isə Ukrayna vətəndaşları olduğu deyilir. Azərbaycanın "Silk Way" şirkətinə məxsus təyyarə Əfqanıstanın Helmand çayı yaxınlığında Laşkar Gah şəhərində yerləşən "Dwyer" hərbi hava limanında havaya qalxıb. Burada ABŞ-ın hərbi dəniz qüvvələri bazası yerləşir. Məlumata görə, təyyarə yüksəklik yığdıqdan sonra mühərrikindəki nasazlığa görə enməyə başlayıb və qəzaya uğrayıb.