Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org Baku.ws-yə istinadən xəbər verir ki, iki yük maşını və YPX maşının iştirakı ilə qəza baş verib.

Qəza gecə "Dərnəgül" yolunda olub. Yük maşınları bir-birinə dəyib. Daha sonra isə YPX avtomobili yük maşınlarına çırpılıb.

Hadisə zamanı ölən və yaralananlar haqqında məlumat yoxdur.