Rusiya Premyer Liqasında 12-ci turdan sonra futbolçuların reytinqi açıqlanıb.

Unikal.org verir ki, 12-ci turda ən yaxşı futbolçu "Rostovun azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev seçilib. O, 361 bal toplayıb. Ayaz "Anji ilə oyunda komandasının qələbəsinə böyük töhfə verib.

İlk "üçlükdə "Lokomotivin hücumçusu Entonio Eder (357) və "Dinamonun müdafiəçisi Sebastyan Holmen (341) də qərarlaşıb.

12 turdan sonra ümumi sıralamada isə ÇSKA-nın yarımmüdafiəçisi Nikola Vlaşiç liderlik edir - 311 bal. "Lokomotivin futbolçusu Manuel Fernandes 2-ci (297), "Zenitin üzvü Lenadro Paredes isə 3-cü (295) yerdədir.

"Rostov 12 turdan sonra 21 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.