Quba rayonunun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva oktyabr ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Güləbətin Zəkiyevanın əlamətləri belədir: Boyu 160-170 sm., dolu bədən quruluşlu, yumru sifətli, qısa saçlı, gözlərinin rəngi mavidir. G.Zəkiyeva psixi problemlərdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.