Bakıda qaz xəttinin çəkilməsi zaman "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Qəsəbənin "D" massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən "Azəriqaz" İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır.