Bakının mərkəzində restoranda yanğın olub.

Unikal.org xəbər verir ki, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi 4 ünvanında yerləşən "Yeni BUM ASC-nin zirzəmisində fəaliyyət göstərən "Babat restoranının 150 kv.m. sahəsi olan disko-barında 30 kv.m. yanar konstruksiyalar yanıb.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.