Azərbaycanda məhkum xəstəlikdə ölüb.

Unikal.org-un məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Orada saxlanılan 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, 2015-ci ildə Lənkəranın Girdəni kənd sakini, əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərov aralarında yaranan şəxsi münasibətlər zəminində həmkəndlisi, 1975-ci il təvəllüdlü Müşfiq Məzahir oğlu Abdullayevə avtomatdan atəş açaraq onu öldürüb.