"Çelsinin məşqçisi cəzalandırılıb.
Unikal.org xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası "Çesli klubunun məşqçisi Marko Yannini cərimələyib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə Yanninə Premyer Liqanın 10-cu turunda "Çelsi - "Mançester Yunayted" matçında Joze Mourinyoya qarşı etdiyi uyğunsuz davranışlar səbəbindən 6 min funt-sterlinq pul cəzası verildiyi qeyd olunub.
Həmin matçda "zadəganlar hesabı 2:2 edən qolu vurduqdan sonra, Yanni, MY-nin baş məşqçisi Joze Mourinyoya tərəfə qaçıb. Bundan sonra hər iki mütəxəssis arasında qalmaqal yaşanıb. Oyundan sonra da "Çelsinin baş məşqçisi Mauritsio Sari, Yanninin Mourinyodan üzr istəməsini tələb edib.