Xəbər verdiyimiz kimi bir necə gun bundan əvvəl Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib. 50 nəfərin təhsil aldığı uşaq bağçasının həyətinə daxil olaraq insanlara hücum edərkən öldürülüb. Bu hadisə ölkənin Kütləvi İnformasiya Vasitələrinin gündəmini zəbt edib. Bu gündə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli öldürülən ayıda quduzluğ xəstəliyinin olub-olmaması ilə bağlı ilkin nəticəni açıqlayıb: "İlkin müayinə zamanı ayıda quduzluq xəstəliyinin əlamətləri müəyyən edilməyib".
"Ayı mövzusu" gündəmdə olmuşkən unikal.org ölkəmizdə yaşayan ayıların sayını dəqiqləşdirməyə çalışmışıq.
Ayı növləri....
Öncə deyək ki, dünyada ən çox ayılar Şimali Amerikada, Avropanın şimalında və Asiyada yayılmışdır. Ağ ayının kütləsi 1000 kq-a çatır. Ağdöş ayının uzunluğu 1.3—2 m, qara ayının 1.5-1.8 m, qonur ayının müxtəlif yarımnövlərinin uzunluğu 1.2—3 m, ağ ayının uzunluğu isə 1.6—3 m-dir. Ayilar hemise qoyun,quzu ve s. yemek yeyirler. Cənubi Qafqaz ayısı Görünüşü Tyan-Şan ayısına oxşayır. Cənubi Qafqaz ayısı üçün kiçik ölçülər səciyəvidir. Tük örtüyü alçaq, seyrək və sərtdir. Açıq qonur, bəzən demək olar ki sarı rəngdə olur. Azərbaycanda ən çox qonur ayı yaşayır.
Bu ayı yırtıcı məməli heyvandır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 2.5 m, eni 1 metrdir. Çəkisi 100-340 kilo olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır. Bu yeməyin qarışıq olmasıyla əlaqədardır. Burunu yaxşı inkişaf etmiş iybilmə selikli qişaya malikdir. Pəncələri iri, möhkəm, beş barmaqlı, caynaqları möhkəm, bükülmüş şəkildədir. Başqa yırtıcı məməlilərdən fərqli olaraq, ayılarda mimika demək olar ki, yoxdur. Meşə heyvanı olan boz ayıya, Zaqafqaziyanın cənub rayonlarındakı dağlı meşə ərazilərdə yaşayır. Boz ayılar bütün gün ərzində fəaldır. Qışda onlar 195 gün səthi qış yuxusuna gedirlər. Ayılar çalalarda, mağaralarda yuva qururlar. Boz ayının qış vaxtlarında dincəlməsini qış yuxusu adlandırmaq olmaz, çünki onun bədəninin hərarəti normal qalır və o, təhlükə hiss edəndə yuvasından çıxa bilər. Yuva qurmayan ayılar veyl olur. Veyl heyvanların olması yaşayış şəraitinin pisləşməsindən xəbər verir. Bu ayılar insan üçün çox təhlükəli deyil. Arealın cənubunda hissələrində ayı bütün il boyu fəaldır. Ayılar suda çox yaxşı üzürlər, dayaz yerlərdə onlar hətta balıq tuturlar.
Cütləşdirmə may ayından iyunadək olur. İki ildə bir dəfə balalıyır. Hamiləlik dövrü 7-8 ay çəkir. Bala ayılar qışda doğulur. Doğulan ayıların uzunluğu 20-25 sm olur, bir aydan sonra gözləri açılır. İki yaşa çatanda onlar artıq təkbaşına qidalanırlar, ilk iki qışda ailəvi qış yuxusuna gedirlər. 45 il yaşayırlar.
Leyla Əliyevanın ciddi tapşırığı və Hüseynqulu Bağırovun XƏBƏRDARLIĞI...
Azərbaycanda ayılar qeyri qanuni yollarla təbiətdən götürülüb, pis şəraitdə restoranlarda və istirahət mərkəzlərində saxlanıldığı anlarda olub.
2010-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə vəhşi heyvanların mühafizəsi və onların təbii məskunlaşma mühitinə köçürülməsi üzrə ciddi tapşırığı əsasında bu işə son qoyuldu.
Elə həmin ildən Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilməsinə başlanıldı. Təkcə 05 noyabr 2010-cu il tarixindən Respublika ərazisində keçirilən reydlər zamanı, ümumilikdə 16 ayı, 1 qartal, 3 muymul quşu, 1 ceyran, 1 dələ və 3 canavar müsadirə olunaraq götürülüb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov sözü gedən ilə kimi belə bir qanunsuz əməllərlə bağlı mətbuatda daim çıxış etmişdi. Bu cür halların qarşısının alınması üçün dəfələrlə restoran və obyekt sahiblərinə xəbərdarlıq etmişdi.
Hazırda restoran və istirahət mərkəzlərində vəhşi heyvanlar saxlanılırmı?...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib ki, ölkəmizdə Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası var. Mərkəz Xızı rayonunun Altıağac qəsəbəsində yerləşir. Burada hər il 150-yə yaxın yaralı və müalicəyə ehtiyacı olan heyvanlar (çaqqal, canavar, tülkü, quşlar və.s) müayinə olunaraq təbiətə buraxılır. Hazırda Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəmadi olaraq apardığı reydlər zamanı vəhşi heyvanların qanunsuz yolla əldə olunaraq saxlanma faktına rast gəlinmir.
Azərbaycanda 1400-dən artıq ayı var...
Nazirlik rəsmisi həmçinin vurğulayıb ki, ölkəmizdə 1400-dən artıq ayı var. Ölkəmizdə əsasən qonur ayı növü mövcuddur. Onlar əsasən Altıağac Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Türyançay Dövlət Təbiət Qoruğu, İlisu Dövlət Təbiət Qoruğu, Samur-Yalama Milli Parkı ərazilərində məskunlaşıblar.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2015-ci ilin göstəricisinə görə ölkəmizdə 402 baş qonur ayı yaşayır. Amma Statistik göstəricilərdə 2012-ci ildə 1963, 2013-cü ildə 287, 2014-cü ildə 347, 2015-ci ilin göstəricisində isə 402-baş göstərilib. Hələlik bu göstərici bizə bir az müamma olaraq qaldı.
Qonur ayının aylıq yem xərci 500 manatdır...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında qeyd olunur ki, təkcə bir ayının reabilitasiya edilərək, təbiətə öyrəşdirilməsi böyük zaman və vəsait tələb edən bir işdir. Belə ki, qonur ayını qeyri-sərbəst şəraitdə sağlam qida ilə təmin etmək üçün gün ərzində 0,5 kq ət, 1 kq balıq, 3 kq çörək, 1 kq göyərti, 20 qr sümük unu, 1 kq yulaf, 3 kq süpürgə, 3 kq ot, 2 kq kartof, 1kq yerkökü, 0,5 kq çuğundur, 1 kq kələm tələb olunur. Beləliklə, bir ayının bir aylıq qida rasionunun dəyəri 450-500 manat təşkil edir.
Təcrübə göstərir ki, ayı insanlar tərəfindən çox asan əhliləşdirilir, ələ tez öyrəşir və tezliklə insanlardan asılı vəziyyətə düşür. Sonra isə, bu vəhşi heyvanı təbiətə uyğunlaşdırmaq və yenidən sərbəst həyat tərzi keçirməyə sövq etmək asan olmur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi müsadirə olunan çoxlu sayda heyvanları Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında uzun müddət saxlayaraq vəhşi təbiətə qaytarmağa hazırlamalı olur.
P.S. Təssüflər olsun ki, Azərbaycanda insanlar arasında təbiətə qarşı hələdə biganəlik mövcuddur. Canlı təbiəti cansız təbiətdən fərqləndirən 5 əsas xüsusiyyəti qeyd etmək olar.
Tənəffüs edir,
Qidalanır,
İnkişaf edir,
Çoxalır,
Məhv olur
Unutmamalıyıq ki, insan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz
qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü. Çalışmalıyıq ki, canlı təbiəti cansız təbiətdən fərqləndirən 5 əsas xüsusiyyətinin soncusu MƏHV OLUR-u ÇOXALIR sözü ilə deyil, əməlimizlə əvəzləyək. Əks halda....
Amid