Ötən gün axşam saatlarında Salyan rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, rayonun Qızılağac kəndi ərazisində 1966-cı il təvəllüdlü yerli sakin Cəfərov Rasim Habil oğluna məxsus ot tayası anidən alovlanıb.

Hadisə yerinə FHN-in Salyan Yanğından Mühafizə Hissəsinə məxsus bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Onların səyi nəticəsində alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı 5 ədəd ot bağlaması yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan öncə Masallıda bir həyətdə yaşayış evi, iki avtomobil və ot tayaları yanıb.