Tovuzda bir ailənin 5 üzvü olan avtomobil körpüdən aşıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndi ərazisində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıtl oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və kənd ərazisindəki körpüdən çaya aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - Bayramlı kənd sakinləri, 1987-ci il təvəllüdlü Cəfərova Xəyalə Rəşid qızı, 1971-ci il təvəllüdlü Cəfərov Cəmil Kamil oğlu, 1962-ci il təvəllüdlü Cəfərov Rəşid Kamil oğlu və1976-cı il təvəllüdlü Cəfərova Samirə Əli qızı müxtəlif dərəcəlki bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan X.Cəfərovanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.