Şəki şəhərində39 yaşlı kişi intihar edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Əfəndiyev küçəsi, ev 11 ünvanında baş verib.
Belə ki, həmin ünvanda yaşayan, 1979-cu il təvəllüdlü Sadiq Tofiq oğlu Məmmədkərimov özünü asaraq öldürüb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.