Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiya qarşı mühafizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Unikal.org-a verilən məlumata görə, oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayoÂnunun Biləsuvar kəndinin ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərÂhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar raÂyonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət QəhÂrəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıblar.
R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir neÂçə gün öncə Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumuÂnun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəyÂÂyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran İsÂlam Respublikası ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.