Səhər saatlarında Bakıda ağır cinayət olub. Tamah məqsədi ilə evə girən şəxs və ya şəxslər yaşlı qadını əvvəlcə öldürüb sonra qızılların götürüb çıxıblar. Onlar izi itirmək məqsədi ilə evi yandırıblar.
Unikal.org xəbər verir ki, tamah məqsədi ilə girdikləri evdə yaşlı qadını öldürüb,mənzili isə yandırıblar.
Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 83 ünvanında baş verib.Yaqub Axundovun evinin yandığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və bir neçə canlı qüvvəsi cəlb gəlib.Yanğının kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı 78 yaşlı Tamella Axundovanınmeyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 35 kvadratmetr olan iki otaqlı ev tamamilə yanıb. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların hadisəni tamah məqsədi ilə törətidklərini ehtimal edirlər.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. Polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışını aparır.