Xəbər verdiyimiz kimi, Bakıda avtobus 70 yaşlı süpürgəçi qadını vuraraq öldürüb.
Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızınının dünyasını dəyişdiyi qəza iş saatında baş verməyib.
İcra Hakimiyyətindən bildirilib ki, dünyasını dəyişən qadın 2015-ci ilə qədər Nizami rayonun Mənzil Kommunal Təsərrüfat Birliyində və daha sonra 34 nömrəli MİS-də xadimə işləyib. 2015-ci ildə Bəsti Eyvazova işdən çıxıb və dünyasını dəyişənə qədər xadimə işləməyib. Qəzada dünyasını dəyişən şəxs səhər evdən işə gələrkən yolda onu avtobus vurub. Nəticədə Bəsti Eyvazova dünyasını dəyişib.
Famil Fərhadoğlu