Xəbər vermişdik ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günündə təmsilçilərimiz öz yerini alır. 

Unikal.org xəbər verir ki, ilk olaraq 74 kq çəki dərəcəsində Abdulla Abdullayev almaniyalı Yanik Ventseli ilə qarşlaşıb və 8:0 məğlub edib.

Döyüş sambosundakı təmsilçimiz isə MMA-nın tanınmış siması 82 kq-da çıxış edən Bəxtiyar Abbasovdur. O Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşıb. O, tatamiyə 1 dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlasa da bu onun qələbə qazanmasına mane olmayıb. İdmançımız ard-arda rəqibindən 11 xal alıb və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanıb (11:3).


*** 10:33

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatının ikinci gününün püşkü atılıb.

Unikal.org-un Sambo Federasiyasından aldığı məlumata görə, idmançımız Mehman Xəlilov (57 kq) meksikalı Rikardo Alkantara ilə, Abdulla Abdullayev (74 kq) almaniyalı Yanik Ventsellə üz-üzə gələcəkq.

Döyüş sambosunda isə tanınmış idmançımız Bəxtiyar Abbasov 82 kq çəki dərəcəində mübarizəaparacaq. Onun ilk rəqibi erməni Davit Petrosyandır.

Qeyd edək ki, qaydasız döyüşün məşhur siması Bəxtiyar Abbasov üç il fasiədən sonra yenidən samboda yarışa qatılıb. O 3 il əvvəl Moskvada keçirilmiş Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda bürünc medal qazanmışdı. Kürsüdə birinci yer tutan Aşot Danielyana görə səslənən Ermənistan himninə etiraz əlaməti olaraq çöməlmişdi.