Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran Pridə Azərbaycanın 3 cüdoçusu finala yüksəlib.
Unikal.org xəbər verir ki, bu, yarışın son günündə ağır çəkili tatami ustalarının mübarizəsində baş verib.
Kişilərin yarışında 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev ardıcıl olaraq, özbəkistanlı Şaxzodbek Sabirovu, Eduard Trippeli və Ruslan Vorobyovu üstələyib. Həlledici qarşılaşmada onun rəqibi almaniyalı Kristian Tot olacaq.
100 kq çəkidəki Elmar Qasımov macarıstanlı Zalan Ohat, monteneqrolu Danilo Pantiç və isveçli Yoakim Dvarbini məğlubiyyətə uğradıb. O, qızıl medal uğrunda görüşdə fransalı Aleksandr İddiri sınağa çəkəcək.
Qadınların mübarizəsində isə İrina Kindzerska ispaniyalı Sara Alvares, rusiyalı Kseniya Çibişova və ukraynalı Yelizaveta Kalaninanı üstələdikdən sonra finalda almaniyalı Karolin Vayssa rəqib olub.
Daha əvvəl Nicat Şıxəlizadə 66 kq çəki dərəcəsində bürünc medal qazanıb. Aişə Qurbanlı isə qadınlar arasında 48 kq çəkidə 7-ci yeri tutub.