Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda daha bir oyun keçirilib.
Unikl.org xəbər verir ki, həftənin üçüncü matçında "Qəbələ "Qarabağı qəbul edib. Görüşdə hesabı 33-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Ceyms Adeniyi açıb. Lakin ağdamlılar fasilədən sonra İnnosent Emeqara, Miçel Madeyra və Filip Ozobiçin qolları ilə qələbə qazanıblar. Legioner oyunçular müvafiq olaraq 47, 64 və 67-ci dəqiqələrdə fərqləniblər.
Bu qələbədən sonra xalını 23-ə çatdıran "Qarabağ 2-ci sıraya yüksəlib. "Qəbələ isə 12 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, ilk oyun günüdə "Səbail "Sabahı 4 cavabsız qolla məğlub edib. "Neftçi isə "Zirə ilə bərabərə qalıb. Tura 19:30-da başlayacaq "Sumqayıt "Keşlə oyunu ilə yekun vurulacaq.