"Sumqayıt baş məşqçisi Nazim Süleymanovla yolları ayırıb.
Unikal.org xəbər verir ki, təcrübəli mütəxəssis səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim edib.
*** 14:06
Nazim Süleymanov istefa verməsinin əsl səbəbi ilə bağlı Unikal.org-a açıqlama verib:
"Əslində səbəb, ikinci dövrəyə pis başlamamızla bağlıdır. 11 oyunda 5 qırmızı vərəqə aldıq. Sonuncu matç da bu qərarı verməyimin kəskin səbəbi oldu.
Belə olması əsəblərimi korlayıb, səhhətimdə problem yaranıb. Bu vəziyyətə çox əsəbləşirdim. Buna görə də istefa verdim. Həmçinin düşündüm ki, bəlkə məndən sonra futbolçular üçün daha yaxşı məşqçi gəldi. Başqa heç bir səbəb yoxdur".
Qeyd edək ki, 53 yaşlı çalışdırıcı yayda klubun "sükanı araxsı"na keçmişdi.