Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Qaqaş ləqəbli Rəşad Səfərovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Unikal.org-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Balaxanı qəsəbə sakini, "Qaqaş ləqəbli R.Səfərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinərək saxlanılıb.