"Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov xarici ölkələrdə Azərbaycan əleyhinə çirkin kampaniya aparan Orduxan Teymurxanın PKK-lı dostunu ifşa edib.

Unikal.org xəbər verir ki, Arzuman Abdulkərimov sosial şəbəkədə maraqlı paylaşım edib. Birlik sədri qeyd edib ki, İbo adlı şəxs Avropada sığınacaq almaq üçün hətta qardaş ölkə hesab etdiyimiz Türkiyə əleyhinə çıxışlar da edib.

Məsələ ilə bağlı Unikal.org "Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimovla əlaqə saxlayıb. O, bildirib ki, apardığı araşdırmadan sonra İbo deyə çağırılan şəxsin qatı PKK tərəfarı olduğunu öyrənib:



"Mən bir neçə yerdə İbo adlı şəxsin Orduxanla Avropa küçələrində çəkilən videolarını gördüm. İbonun ləhcəsindən də görünür ki, azərbaycanlı deyil. O, heç Türkiyə türkçəsində də normal danışa bilmir. Orduxan İrlandiya küçələrində Azərbaycan əlehinə təbliğat aparanda bu İbo da onun yanında idi. Orduxan İboya müraciət edərək hansısa sözü soruşanda cavab verə bilmir. Bu zaman Orduxan dedi ki, istəyirsən kürdçə de. Bu mənim diqqətimi çəkdi. Araşdırma aparmağa başlayanda məlum oldu ki, bu adam əvvəllər Türkiyədə yaşayıb. Sonra sığınacaq almaq üçün Avropaya qaçıb. O, xarici ölkədə sığınacaq almaq üçün bildirib ki, Türkiyədə milli-irqi ayrıseçkilik var. Amma məsələ əslində belə deyil. Bu adam Türkiyədə yaşadığı zamanlarda PKK-nı dəstəkləyib. İbo çıxışlarında qatı PKK tərəfdarı olduğunu bildirib. Məsələnin problemli tərəfi odur ki, Azərbaycanda yaşamayan bir insan necə ölkəmiz əleyhinə kampaniya apara bilər? O, Azərbaycanı görmədən hansısa fikirlər bildirməyə, onun Orduxan kimilərin çirkin əməllərə dəstək verməsi çox absurd görünür. Azərbaycan vətəndaşı olmayan şəxsin ölkənin daxili işlərinə qarışması yolverilməzdir və mən bunu qınayıram. Kim ki, xaricdən ölkəmizə qarşı təzyiq və təhdid göstərsə, o zaman onlar qarşılarında Azərbaycanın vətənpərvər, milli düşüncəli insanlarını görəcəklər".