"Azərbaycan kubokunun qarşıdan gələn
mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib
gəlsin. Kubokun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda
layiqincə təmsil etsin və ən azından "Neftçi, "Qarabağ və "Qəbələnin
uğurlarını təkrarlasın.
Unikal.org xəbər verir ki, bu sözləri futbol Azərbaycan kuboku yarışlarının 2018/2019-cu il mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
R.Musayev qeyd edib ki, kubokun yeni mövsümündə dördüncü əvəzetməyə icazə veriləcək. Belə ki, məşqçilər oyun əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Düzdür, kubokda komandaların sayı azdır. Bizim çempionat gərgin idman mübarizə şəraitində keçir. Bəli, komandalar bir-biri ilə tez-tez görüşür. Ancaq matçlar maraqlı olur.(axar.az)