Noyabrın 14-dən etibarən Bakıda WADA (Ümumdünya Antidopinq Agentliyinin- ÜADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasları öz işinə başlayıb.
Unikal.org GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, ÜADA-nın prezidenti Craig Reedy (Kreyq Ridi), ÜADA-nın baş direktoru Olivier Niggli, İcriaiyyə Komitəsinin və Təsisçilər Şurasının üzvləri, rəsmilər və digər qonaqlar iştirak edirlər.
İclaslar zamanı ötən ilin hesabatları dinlənilir, eyni zamanda, 2019-cu ilin noyabr ayında Polşada gerçəkləşəcək İdmanda Dopinq Dünya Konfransına prezident və vitse-prezident vəzifələrinə seçim qaydaları müzakirə olunur. Şura üzvləri diqqətlərini Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq standartlara riayət edilməsi ilə bağlı məlumatlara yönəldirlər. Bunun ardınca, ÜADA-nın müstəqil normalara riayət edilməsi komitəsinin rəhbərlərinin çıxışları, riayətlərə əməl edilməsi istiqamətində qəbul edilmiş qərarlar haqqında yeni məlumatları dinləniləcək.
Bununla yanaşı, iclaslarda ÜADA daimi komitə sədrləri tərəfindən Maliyyə, İdmançılar, Səhiyyə, Tibb və Araşdırma, Təhsil və digər sahələrdə görülməkdə olan işlərə baxılacaq.
İclas bu gün öz işini yekunlaşdıracaq.