"Barselonanın futbolçusu Osman Dembele məhkəməyə verilib.
Unikal.org xəbər verir ki, Dortmund "Borussiyasından 2017-ci ildə "Barsaya transfer olunan Dembele Almaniyada, kirayədə qaldığı evin pis vəziyyətdə olmasına görə ev sahibi tərəfindən məhkəməyə verilib.
Almaniyanın "Bild nəşrinə danışan mülk sahibi Gerd Veissenberq evin pis vəziyyətdə olduğunu deyib:
"Evdə çoxlu qutular və zibillər var. Hər yerdə köhnəlmiş və artıq qalmış yeməklər, boş butulkalar tapdıq. Ev də olduqca pis iy verir. Hətta qapıların arxasında ödənilməyən kommunal xərclər də qalıb.
71 yaşlı Veissenberq Dembeleni məhkəməyə verərək, ondan 20,7 min avro təzminat tələb edib.
Dembele "Borussiya"dan "Barselonaya 115 milyon avro qarşılığında transfer edilib.