"Əvvəlki illərin məzunları da yeni qaydalara uyğun olaraq imtahan verəcəklər. Yəni onlar həm birinci, həm də ikinci mərhələdə qəbul imtahanında iştirak etməlidirlər".
Unikal.org xəbər verik ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Məleykə Abbaszadə həmçinin dövlət qulluğu ilə bağlı qanunvericiliyə edilən təkliflər barədə də danışıb və bildirib ki, təkliflər artıq hökumətə göndərilib...
Qeyd edək ki, "dövlət imtahan mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda keçirilən konfrans keçirilib. Konfransda 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanları modelləri, həmçinin dövlət qulluğuna qəbul məsələləri ətrafında müzakirə aparılıb.