İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etmək üçün Türkiyəyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yüksək Səviyyəli müşahidəçilərlə birgə Təlim İdarəetmə Mərkəzində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, nazir silah sərgisində də iştirak edib.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyədə hərbçilərin şərti düşməni məhvini izlədi. İzmir şəhərində Azərbaycanın da iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimlərində bu gecə əsl döyüş abu-havası yaşanıb. Təlimlərdə həqiqi raketlərdən istidadə edilib. Türkiyənin İzmir şəhərində keçirilən təlimlərdə terrorla mübarizəyə daha çox diqqət ayılıb.
Bu gecə təlimlər hava hücumu ilə bağlı olub.
Gecə təlimlərində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı hərbçiləri havadan, Türkiyə, Azərbaycan, Pakistan, Polşa, Qətər və Səudiyyə Ərəbistanından olan hərbçilər dənizdən hücuma keçiblər. Xüsusi təyinatlılar ərazidə kəşfiyyat apardıqdan sonra quruya top zərbələri endirilib. İştirakçı ölkələrin Silahlı Qüvvələri "F 16" qırıcıları ilə müəyyən edilən hədəfləri bombardman ediblər.
Gecə təlimləri Türkiyə vaxtı ilə 20.30-dan 22.10-a qədər (Bakı vaxtı ilə 21.30-23.10) davam edib.
Təlimlərdə ABŞ, Almaniya, İngiltərə, Qətər, Pakistan, Polşa, Səudiyyə Ərəbistanı və Türkiyə ordusundan 800-dən çox hərbçi iştirak edir.
Təlimləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov da izləyib. Həmiçinin Türkiyənin müdafiə naziri Fikri Işık, baş qərargah rəisi Hulusi Akar, Səudiyyə Ərəbistanının baş qərargah rəisi Abdulrahman Saleh Al Bunyan, Qətərin baş qərargah rəisi Ukraynanın baş qərargah rəisi Viktor Muzhenko, Yaponiyanın baş qərargah rəisi Kiyofumi Ivata, Pakistanın Quru Qoşunlarının Komandiri Raheel Sarif və digər ölkələrin ordu rəsmiləri təlimləri izləyib.
Təlimlərdə iştirak edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin baş qərargah rəisi Hulusi Akar Təlimləri izləyən digər yüksək rütbəli hərbçilər
Hərbi Təlimlər bu il ilk dəfə xarici ölkələrin iştirakı ilə təşkil edilib. Təlimləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da izləyəcək.
Təlimin məqsədi birlik və qərargahların planlı, qarşılıqlı çalışmaq vərdişlərini formalaşdırmaqdır. Artıq hava hücumu hərəkatı, yaralı əsgərlərin əməliyyat bölgəsindən uzaqlaşdırılması, səhiyyə xidmətlərinin göstərilməsi, amfibiya gəmilərin təlimləri - yükləmə, minmə, gəmidə fövqəladə vəziyyət zamanı hərəkət, suda sağ qalmaq, top atəşi kimi təlimlər uğurla həyata keçirilib.
[video=http://|
]