Səudiyyə Ərəbistanında aramsız leysan yağışları nəticəsində yaranmış daşqınlar böyük dağıntı və insan itkisinə səbəb olub. 

Unikal.org-un məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi bildirib ki, insan tələfatı krallığın 10 regionunda qeydə alınb. Daha çox insan - 11 nəfər Məkkədə həlak olub.

Həmçinin yağışdan ziyan çəkmiş regionlardan 4 mindən çox sakinin təxliyə edildiyi bildirilir.

Birləşmiş Ərəb Əmirlikləri, Qətərdə də güclü siklon müşahidə edildiyi qeyd olunur.