Türkiyədə cənazə aparan maşın karvanı qəzaya düşüb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, avtobusunun yarğana düşməsi nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Məlumata görə, qəza Darende-Malatya avtomobil yolunun Bağlarbaşı hissəsində qeydə alınıb.

Avtobusun sərnişinləri İstanbuldan Malatyaya göndərilən cənazənin yaxınları olublar.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım, xilasedicilər cəlb edilib.