Ötən gün Kremlin üstündə alçaqdan uçuşlar həyata keçirən iki hərbi vertolyot sosial şəbəkələrin rus seqmentində qızğın müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən vertolyotlar Kremlin ərazisindən havaya qalxır, onlardan biri içərisində silahlı adamların olduğu tor daşıyır.

"Necə fərasətlə qaçıb aradan çıxmağı məşq edirlər?-sosial şəbəkə istifadəçilərindən biri yazıb. "Taxt-tacı evakuasiya edirlər-digər istifadəçi ironiya ilə yazıb.

Bəzi istifadəçilər isə daha realistik, amma həmin məzmunda şərhlər yazıblar. Bu vertolyotlarının uçuşunun "Birinci şəxsi mümkün kütləvi iğtişaşlar zamanı Kremldən evkausiya etməyə hesablanmış təlimlər adlandırıblar.
Kremlin mühafizəsi ilə məşğul olan Federal Mühafizə Xidmətində əvvəlcə vertolyotların uçuşu barədə susublar. Daha sonra bunun "planlaşdırılmış təlimlər olduğunu bildiriblər. "Bəyəm bizdə birinci dəfədir ki, Kremlin ərazisindən vertolyot uçur? Burada təəcüblü nə var?-Federal Mühafizə Xidmətindən deyiblər.
Lakin bu açıqlama kifayət etməyib və Kremlin sözçüsü Dmitri Peskov ictimaiyyəti sakitləşdirməyə çalışıb: "Mən təsdiq edə bilərəm ki, təlimlər keçirilib və burada təəcüblü heç nə yoxdur. Kreml mühafizə olunan obyektdir və orada belə təlimlər keçirilir, detallar barədə Federal Mühafizə Xidmətindən soruşmaq lazımdır.