Dünyaca məşhur musiqiçi, trompet ustası İbrahim Maalouf təcavüzdə ittiham edilərək həbs edilib.

Unikal.org xarici mətbuata ist nadən xəbər verir ki, İ.Maalouf  Fransanın Kreteyl şəhərində 14 yaşlı qız uşağını zorlayıb.

Məhkəmə 14 yaşlı qızın zorlamaqda ittiham edilən musiqiçi barəsində həbs qərarı çıxarıb. Onun cəzası bununla bitməyib. İbrahim Maaloufa 20 min avro cərimə kəsilib.

Maalouf isə hakim qarşısında ittihamları qəbul etməyib. 

Qeyd edək ki, Elvis Kostello, Silviya Şvrarts və Stinq kimi dünya ulduzları ilə məşhur layihələrə imza atan İbrahim trompet ustası Nassim Maalouf və pianoçu Nadya Maaloufun oğludur. 15 yaşından musiqi karyersına başlayıb.