İstanbulun Ataşəhər bölgəsində məscidin qarşısında dəhşətli hadisə baş verib. 

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bir gənc məscidin həyətində üzərinə benzin tökərək özünü yandırıb. 

Alovu görən şəxslər əvvəlcə məscidin yanıdırılığını düşünüb. Bu səbəbdən də dərhal yanğınsöndürənlərə və təcili yardıma xəbər veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər gördükləri mənzərə qarşısında şoka düşüblər. Onlar bir gənci məhcidin həyətində yerdə yanmış və huşsuz halda olduğunu görüblər.

Dərhal o təcili yardım briqadasına təhvil verilib və ilk müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır. Məhəllə sakinləri məscidin həyətinə son vaxtlar 30-35 yaşlı bir gəncin mütəmadi olaraq gəldiyini, onun narkotik istifadəçisi olduğunu deyiblər. 

Onun həmin şəxs olduğu iddia edilir.