Rusiyanın paytaxtı Moskvada təhlükəli anlar yaşanıb. Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Krasnaya Sosna küçəsindəki biznes mərkəzinin binası sökülərkən dağıntıların bir hissəsi yaxınlıqdakı yola səpələnib.

Şans əsəri sürücülər idarə etdikləri avtomobilləri vaxtında saxlamağa müvəffəq olublar. Hadisədən sonra heç kimin xəsarət almadığı deyilib.

Bildirlir ki, sökülən "Severyanin" biznes mərkəzinin yerində yaşayış kompleksinin tikiləcək.