Azərbaycan Yazıçılar Birliyinin qərərgahında yerləşən "26-"Twenty six kafesi başqa adda fəaliyyət göstərəcək. 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib ki, rəhbərliyin yeni qərarına əsasən sözügedən obyekt bundan sonra da restoran-kafe kimi fəaliyyət göstərəcək. 

Restoran-kafenin adı isə "13 CLUB"dur. 

Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, "Sahil bağı yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş "26 - "Twenty six kafesi qalmaqallı şəkildə bağlanmışdı. Obyektin bağlanmasına səbəb "26 - Bakı komisarının adını daşıması göstərilmişdi. Belə ki, Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə həbs olunmuşdu.

Hafta.az-a istinadən yeni kafenin görüntüsünü təqdim edirik: