İstanbulda qəribə hadisə yaşanıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  kişi həyat yoldaşı tərəfindən oxlovla döyülüb. 

Belə ki, 3 il öncə evlənn Meryem və Yakup cütlüyü arasında tez-tez mübahisə düşürmüş. Həmin mübahisələrə görə Yakup tez-tez evdən qovulub, təhqirlərə məruz qalıb. 

Təhqirlərdən və evdən qovulmaqdan bezən Yakup boşanmaq üçün məhkəməyə baş vurub. Bunu bilən Meryem onu evə çağıraraq danışmaq istəyib. Mübahisə ilə başlayan söhbət dava ilə bitib. Dava zamanı  Meryem həyat yoldaşını oxlovla döyüb.

Hadisədən sopnra Yakup Meryemi polisə şikayət edib.