Samsun şəhərində bacısının sevgilisi ilə intim şəkillərini gördükdən sonra dəhşət saçan gənc yaxalanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, noyabrın 16-da sözügedən görüntüləri gördükdən sonra bacısı 22 yaşlı Cansel.S ilə sevgilisi 32 yaşlı Samet.B-ni odlu silahla yaralayıb.

Məlumata görə, hadisədən sonra cütlük xəstəxanaya yerləşdirilib, onların həyati təhlükələrinin olmadığı bildirilir.

Polis Caner.Ş-nin isə axtarışlarına başlayıb. Bir neçə gün sonra saxlanılan gənc bacısının sevgilisi ilə uyğunsuz görüntülərini gördüyü üçün vurduğunu deyib.

Məhkəmədən çıxanda jurnalistlərə "Başımız dik, alnımız açıq. Sıxıntı yoxdu. Bu cəzanı çəkərik,- deyə cavab verib.