ABŞ-ın Los Anceles şəhərində qəribə hadisə baş verib.

Unikal.org olke.az-a istinadən bildirir ki, məhkəmə "restoran fırıldaqçısı" adı verilən 45 yaşlı Pol Qonzalesi 120 günlük azadlıqdan məhrum edib.

Buna Qonzalesin internetdə tanış olduğu qadınları restorana dəvət etməsi, yemək yedikdən sonra hesabı ödəmədən aradan çıxması səbəb olub.

Polisin məlumatına əsasən, 2016-cı mayından 2018-ci ilin aprelinə kimi azı 10 qadına 950 dollar ziyan vurub.

Məhkəmə həmçinin Qonzalesə tanışlıq saytlarından istifadə etməyi qadağan edib.

Adı açıqlanmayan zərərçəkmişlərdən biri Qonzales haqqında bunu söyləyib:

"Artıq o qida görə narahat olmaya bilər. Bundan sonra onu gündə 3 dəfə yedizdirəcəklər".