ABŞ-da əmlakçı bir mülkü satışa çıxarmaq üçün reklamlardan yarıçılpaq modellərdən istifadə edib.

Unikal.org xəbər verir ki, onun yarıçılpaq modellərdən istifadə etməsi olay olub.

Belə ki, Texasda əmlakçı Kristin Qillenqeç ötən ay 2 qatlı evi 335 minə satışa çıxarsa da 40 gün ərzində cəmi 18 nəfər bu elana nəzər salıb.

Əmlakçı elanı daha çox baxılması və diqqət çəkməsi üçün bu dəfə evin fotolarını yarıçılpaq modellərlə çəkib. Elanın fotoları yeniləri ilə dəyişdikdən sonra evə maraq çox artıb. Bir həftədən də az müddətdə saytda elana 10 mindən çox insan baxıb. Evi sahibinin bildirdiyinə görə, indi gündə ən az 6 nnəfər evi görməyə gedir. Əmlakçının paylaşdığı fotolar sayəsində ev dünya səviyyəsində məşhurlaşıb. Hələ satılmayan ev üçün təklif olunan qiymətlər daha da artır və fantastik həddə çatıb.